Ən son xəbərlər:

13.03.2024/15:59/Macron, Scholz və Tusk Ukrayna ilə bağlı görüş keçirəcək

Macron, Scholz və Tusk Ukrayna ilə bağlı görüş keçirəcək

Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk martın 15-də Berlində Almaniya kansleri Olaf Şolz ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, günorta saatlarında fransız və alman siyasətçiləri ikitərəfli görüş keçirəcək, daha sonra Polşanın baş naziri onlara qoşulacaq. “Politico” qeyd edir ki, bu, Tuskun ötən ilin dekabrında hökumətin başına keçdikdən sonra ilk Veymar Üçbucağı görüşü olacaq.

Görüşün məqsədi mediada fikir ayrılıqlarının artması ilə bağlı yayılan xəbərlər fonunda Ukrayna məsələsi üzərində işləməkdə liderlərin birliyini nümayiş etdirməkdir. Qəzet yazır ki, sənədlərin imzalanması və ya konkret müqavilələrin elan edilməsi nəzərdə tutulmur.