Ən son xəbərlər:

12.03.2024/17:28/Bakının qaytarmağı tələb etdiyi kəndlər Ermənistan ərazisinə daxil deyil

Bakının qaytarmağı tələb etdiyi kəndlər Ermənistan ərazisinə daxil deyil

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Bakının nəzarəti geri qaytarılmasını tələb etdiyi kəndlər Ermənistanın qanuni ərazisinə daxil deyil. Bu barədə “Azatutyun” radiosu xəbər verir.

Paşinyan bildirib ki, Bakının Azərbaycanın nəzarətinin qaytarılmasını tələb etdiyi dörd yaşayış məntəqəsi – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılqacılı Ermənistan ərazisinə daxil deyil. Ermənistan ərazisində heç vaxt belə adda yaşayış məntəqələri olmayıb, – baş nazir belə bildirib.

De-fakto bu kəndlər 90-cı illərdən, yəni erməni qoşunlarının ora daxil olduğu vaxtdan ermənilərin nəzarəti altındadır. Gürcüstana gedən yol, qaz xətti də onlardan keçir.