Ən son xəbərlər:

12.03.2024/17:11/Stoltenberg Papanın son bəyanatı ilə razılaşmır

Stoltenberg Papanın son bəyanatı ilə razılaşmır

NATO-nun baş katibi Jels Stoltenberg hesab edir ki, Ukraynanın ağ bayraqlara deyil, silah təchizatına ehtiyacı var və bununla da Papanın son bəyanatı ilə razılaşmır. Baş katib bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.

Siyasətçi bildirib ki, danışıqlar masasında baş verənlər döyüş meydanında davamlılıqla ayrılmaz şəkildə bağlıdır.

Roma Papası Fransisk martın 9-da İsveçrənin RSI televiziya və radio şirkətinə müsahibəsində beynəlxalq vasitəçilərin iştirakı ilə Ukrayna ilə bağlı danışıqlar prosesinin başlanmasına çağırıb. O bildirib ki,  kimsə “məğlub olduqlarını, nəyinsə alınmadığını” görəndə daha çox ölüm hallarının qarşısını almaq üçün cəsarət göstərməli və danışıqlar aparmalıdır. Papa eyni zamanda Vatikana işarə edərək deyir ki, danışıqlar heç vaxt təslim olmaq deyil, cəsarət deməkdir.