Ən son xəbərlər:

12.03.2024/16:58/İrəvan rus sərhədçilərinin Zvartnots hava limanında işini dayandırdığı barədə Moskvaya xəbərdar edib

İrəvan rus sərhədçilərinin Zvartnots hava limanında  işini dayandırdığı barədə Moskvaya xəbərdar edib

Rusiya Federasiyası Ermənistandan rus sərhədçilərinin Zvartnots hava limanında işini dayandırması barədə bildiriş alıb, İrəvanla təmaslar davam edir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq jurnalistlərə müsahibəsində bildirib .

Həqiqətən də bununla bağlı şöbəyə məktub daxil olub və hazırda şöbələr vasitəsilə əlaqələr aparılır. İndi daha çox şey deyə bilmərəm, – Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan hava limanında rusiyalı sərhədçilər haqqında bəyanatını şərh edərkən belə deyib.

Kremlin sözçüsü əlavə edib ki, Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək.