Ən son xəbərlər:

12.03.2024/16:52/İsveç öz ərazisində nüvə silahının olması üçün heç bir səbəb görmür

12.03.2024/16:43/İsveç öz ərazisində nüvə silahının olması üçün heç bir səbəb görmür

İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, ölkəsi öz ərazisində NATO-nun nüvə silahlarını, eləcə də alyansın daimi hərbi bazalarını yerləşdirmək istəmir. O, bu barədə Anadolu agentliyinə müsahibəsində bildirib.

NATO qoşunlarının İsveçdə fəaliyyət göstərməsinə baxmayara biz NATO-nun daimi bazalarına malik olmaq istəmirik. Biz həmçinin sülh dövründə ərazimizdə nüvə silahının olması üçün heç bir səbəb görmürük. Bu məsələdə biz Norveç və Danimarkanın yolu ilə gedəcəyik. Yalnız üç NATO ölkəsi – ABŞ, İngiltərə və Fransa nüvə silahına malikdir. Billström xatırladıb ki, soyuq müharibə başa çatdıqdan sonra nüvə silahı alyansın başqa heç bir üzv dövlətinin ərazisində yerləşdirilməyib.

Billström əlavə edib ki, heç bir NATO üzvü öz iradəsinə zidd olaraq öz ərazisində nüvə silahına malik olmağa məcbur deyil. Ona görə də mən hesab edirəm ki, bu sual İsveçdə nüvə silahının mümkün yerləşdirilməsi ilə bağlı bir qədər şişirdilmişdir. Biz bu məsələdə heç bir ilkin şərt olmadan NATO-ya üzv olduq.