Ən son xəbərlər:

12.03.2024/16:43/Ermənistanın KTMT-də fəaliyyətinin dondurulması siyasi qərardır

Ermənistanın KTMT-də fəaliyyətinin dondurulması siyasi qərardır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətinin dondurulmasının siyasi qərar olduğunu bildirib.

Siyasi mövqe və qərarı hüquqi prosedurlarla qarışdırmağa ehtiyac yoxdur. Bəli, biz faktiki olaraq KTMT çərçivəsində fəaliyyətimizi dondurmuşuq. Bu o deməkdir ki, bizim təşkilatda nümayəndəmiz yoxdur, iclaslarda iştirak etmirik, – o, mətbuat konfransında belə deyib.