Ən son xəbərlər:

07.03.2024/14:31/ Nuland yaxın vaxtlarda Ağ Evi tərk edəcək

Nuland  yaxın vaxtlarda  Ağ Evi tərk edəcək

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın istefası onun Ağ Evin dəyişən siyasətindən fərqli baxışlarının nəticəsidir. Bu fikri ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter YouTube kanalı Danny Haiphong-a müsahibəsində bildirib.

Ritterin fikrincə, Nuland Amerika administrasiyası ilə hansısa güzəştə getməli və ya istefa verməli olduğu bir mövqedə idi, o, prinsipial bir insan olduğu üçün ikincini seçib.

Bundan əlavə, ekspert hesab edir ki, Bayden administrasiyası hazırda ABŞ-da yaxınlaşan prezident seçkiləri fonunda  reallığı yoxlayır.  Ağ Evin həqiqətən qalib gəlmək istədiyi seçkilər yaxınlaşır və Ukrayna onlar üçün böyük problemə çevrilir.

Blinken Nulandın yaxın həftələrdə vəzifəsini tərk edəcəyini bildirib.