Ən son xəbərlər:

07.03.2024/13:59/ABŞ Qəzza sakinlərinə havadan humanitar yardım göndərib

ABŞ Qəzza sakinlərinə havadan humanitar yardım göndərib

ABŞ prezidenti Co Bayden Qəzzada altı həftəlik yeni atəşkəsin olub-olmayacağının “Həmasın əlində” olduğunu bildirib.  Eyni zamanda Bayden qeyd edib ki, İsrailin artıq “heç bir bəhanəsi yoxdur” və aclıqdan əziyyət çəkən fələstinlilər üçün daha çox humanitar yardıma icazə verilməlidir.

O, bildirib ki, müsəlmanların orucluq ayının başlamasından əvvəl İsrail və HƏMAS Qəzzada atəşkəs əldə edə bilməsələr, təhlükə potensial dərəcədə arta bilər.

Əgər Ramazanda bunun davam edəcəyi bir vəziyyətə düşsək, İsrail və Qüds çox,  təhlükəli vəziyyətdə ola bilər, – deyə Bayden bildirib.

Ötən gün ABŞ və İordaniya Qəzza sakinləri üçün havadan humanitar yardım göndərib.