Ən son xəbərlər:

07.03.2024/13:20/Ermənistan əsas beynəlxalq hava limanında Rusiya sərhədçilərinin xidmətlərindən imtina etmək niyyətindədir

Ermənistan əsas beynəlxalq hava limanında Rusiya sərhədçilərinin xidmətlərindən imtina etmək niyyətindədir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, İrəvan Moskvanı özünün Zvarnots əsas beynəlxalq hava limanında təhlükəsizlik üçün rus sərhədçilərinin xidmətlərindən imtina etmək niyyəti barədə rəsmi məlumat verib. Onun sözlərini “Azadlıq” radiosunun erməni xidməti sitat gətirib.

Qriqoryan brifinq zamanı Ermənistanın rəsmi mövqeyini qeyd edib ki, Zvarnotsun təhlükəsizliyi tam şəkildə erməni tərəfindən təmin edilməlidir.

Müstəqillik dövründə Ermənistan hava limanına tam nəzarət etmək iqtidarındadır. Ermənistan rəsmi məktubla öz aydın mövqeyini Rusiya Federasiyasına bildirmişdir, – Armen Qriqoryan  belə deyib.

Martın 6-da Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva İrəvandan rus sərhədçilərinin hava limanından çıxarılması ilə bağlı heç bir sorğu almayıb.