Ən son xəbərlər:

07.03.2024/13:02/Mask ABŞ prezidentliyinə namizədlərin heç birinə vəsait verməyəcəyini açıqlayıb

Mask ABŞ prezidentliyinə namizədlərin heç birinə vəsait verməyəcəyini açıqlayıb

Amerikalı milyarder, Twitter (X) sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ prezident seçkilərində heç bir namizədə seçki kampaniyası üçün vəsait verməyəcəyini bildirib. Mask bu barədə “Twitter” səhifəsində yazıb.

Donald Trampla görüşünü şərh edən Mask yazıb ki, mən ABŞ prezidentliyinə namizədlərin heç birinə pul bağışlamıram.

Bu bir sıra məhkəmə prosesləri səbəbindən ciddi maliyyə sıxıntısı yaşayan və əlavə vəsait axtarmaq üçün keçən həftənin sonunda Mask və bir neçə varlı Respublikaçı donorla görüşən Tramp üçün zərbədir.