Ən son xəbərlər:

06.03.2024/16:26/Artıq dünyada yeni dünya nizamı formalaşır

Artıq dünyada yeni dünya nizamı formalaşır

Qərbin hegemonluğu sona çatıb, artıq yeni dünya nizamı formalaşır. Bu fikri Macarıstanın baş naziri Viktor Orban Xarici İşlər Nazirliyində Macarıstan səfirlərinin illik toplantısında çıxışı zamanı deyib.

Hökumət başçısının mətbuat katibi Bertalan Havasinin sözlərinə görə, Orban qeyd edib ki, Qərbin hegemonluğu sona çatıb və bu gün heç kim bu məsələ ilə bağlı mübahisə etmir. Yeni dünya nizamı yaranır, vəziyyət daim qiymətləndirilməli və təhlil edilməlidir, – o, xaricdə çalışan Macarıstan səfirlərinə xəbərdarlıq edib.