Ən son xəbərlər:

05.0.2024/10: 55/Gürcüstanda Vətəndaşların siyasi birlikləri haqqında qanuna dəyişikliklər hazırlanır

Gürcüstanda Vətəndaşların siyasi birlikləri haqqında qanuna dəyişikliklər hazırlanır

Gürcüstanın hakim partiyası “Gürcü Arzusu” siyasi partiyaların ləğvini sadələşdirmək üçün qanun layihəsi hazırlayır və bu, “ölü” siyasi qüvvələrin mövcud qanunvericilik çərçivəsində ləğv edilməsinin mümkünsüzlüyü ilə əsaslandırılır. Bu barədə “Echo of Caucasus” məlumat yayıb.

Vətəndaşların siyasi birlikləri haqqında qanuna dəyişiklik hazırlanır. Dəyişikliyə əsasən şərt qoyurlur ki, partiyanın ləğvi üçün əsas onun iki il dalbadal Korrupsiyaya Qarşı Mübarizə Bürosuna maliyyə bəyannaməsi təqdim etməməsi ola bilər.

Layihənin məqsədi fəaliyyət göstərməyən partiyaların ləğvini sadələşdirməkdir, çünki indiki halda bu, demək olar ki, mümkün deyil.

Ümumilikdə Gürcüstanda qeydiyyatdan keçmiş 200-dən çox siyasi qüvvə var. 2020-ci ildə 48 partiya və iki blok seçkilərdə iştirak edib.