Ən son xəbərlər:

05.0.2024/10:20/ Medvedev Avropa İttifaqı ölkələri səfirlərinin Rusiyadan çıxarılmasına çağırıb

Medvedev Avropa İttifaqı ölkələri səfirlərinin Rusiyadan çıxarılmasına çağırıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etdiklərinə görə Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyadan çıxarılmalı və həmin dövlətlərlə diplomatik münasibətlərin səviyyəsi aşağı salınmasını hesab edir.  O, bu fikri X sosial şəbəkəsindəki ingilisdilli hesabında bildirib.

Aİ-nin Rusiyadakı səfirləri guya Brüsselin məsləhəti ilə Rusiya xarici işlər naziri ilə görüşməkdən imtina ediblər. Bu, diplomatik missiyaların mövcudluğu və səfirlərin təyin edilməsi ideyasına ziddir, – siyasətçi belə yazıb.

Əslində bütün bu səfirlər Rusiyadan çıxarılmalı və Avropa İttifaqı ölkələri ilə diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır, – deyə o əlavə edib.

Lavrov Avropa İttifaqı ölkələrinin səfirlərini Rusiya prezident seçkiləri ilə bağlı görüşə dəvət etsə də, planlaşdırılan tədbirə iki gün qalmış onlar bundan imtina ediblər.