Ən son xəbərlər:

30.06.2023/18:58/ Avropa İttifaqı büdcəsindən 30 milyard avro məbləğində bütün ehtiyatını Kiyevə verdi

Avropa İttifaqı büdcəsindən 30 milyard avro məbləğində bütün ehtiyatını Kiyevə verdi.

xeberaz.info xəbər verir ki,  Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı artıq 2027-ci ilə qədər olan dövr üçün Aİ-nin yeddiillik büdcəsinin 30 milyard avro məbləğində bütün ehtiyat fondlarını Ukraynaya kömək üçün xərcləyib.

Son 16 ay ərzində biz Ukraynaya maliyyə dəstəyi göstərmək üçün Aİ büdcəsindən artıq 30 milyard avro götürmüşük, – deyə TASS onun sözlərindən sitat gətirib.

Fon der Leyenin sözlərinə görə, bu vəsait Aİ büdcəsində hava yastığı olub. Avropa rəsmisi etiraf edib ki, hazırda büdcənin bu hissəsi tükənib.

Daha əvvəl fon der Leyen bildirmişdi ki, AK Avropa İttifaqının bütün 27 ölkəsindən 2027-ci ilə qədər Aİ büdcəsinə 66 milyard avro əlavə töhfələr ayırmağı xahiş edir.

Öz növbəsində, Avstriya kansleri Karl Nehammer bildirib ki, Avropa Komissiyası Aİ-yə üzv ölkələrdən əlavə töhfələr istəməməli, diqqəti mövcud vəsaitlərdən istifadəyə yönəltməlidir.