Ən son xəbərlər:

30.06.2023/14:42/ Çin hakimiyyəti ABŞ-ın Taypeyə silah tədarükünün dayandırılmasını tələb edir

Çin hakimiyyəti ABŞ-ın Taypeyə silah tədarükünün dayandırılmasını tələb edir

ABŞ Çinin etirazına baxmayaraq Tayvana 440 milyon dollar dəyərində silah və texnika tədarük edəcək.

xeberaz.info xəbər verir ki,  Çin hakimiyyəti ABŞ-ın Taypeyə silah tədarükünün dayandırılmasını tələb edir və ABŞ-Tayvan ordulararası təmaslarına qəti şəkildə qarşıdır. Bu barədə cümə günü Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bu gün, iyunun 30-da TASS agentliyinə məlumat verib.

Çin Birləşmiş Ştatlar və Tayvan arasında ordulararası təmaslara və Amerika silahlarının Taypeyə satışına qəti şəkildə qarşıdır.

Mao Ninq brifinqdə Dövlət Departamentinin Tayvan ordusunun sursat və hərbi texnikasını 440 milyon dollara satmaq qərarını şərh edərkən belə deyib.

Diplomat vurğulayıb ki, bu, Pekinin dəyişməz mövqeyidir. Onun sözlərinə görə, Pekin Vaşinqtondan “bir Çin” prinsipinə və Tayvanla bağlı ikitərəfli razılaşmalara əməl etməyi tələb edib və tələb etməkdə davam edir.

“Birləşmiş Ştatlar Taypeyə silah tədarükünü dayandırmalı, Tayvan boğazında gərginliyi artıran amilləri yaratmağı dayandırmalıdır”, – o, belə yekunlaşdırıb.

Daha əvvəl bildirilmişdi ki, Dövlət Departamenti Tayvana 332,2 milyon dollar dəyərində 30 millimetrlik sursat, həmçinin avadanlıq, silah və tələb olunan proqram təminatı üçün 108 milyon dollarlıq ehtiyat hissələrinin satışına icazə verib.