Ən son xəbərlər:

30.06.2023/05:46/ Ukrayna ordusu uzunmüddətli silahla təmin edilməlidir

Ukrayna ordusu uzunmüddətli silahla təmin edilməlidir.

xeberaz.info xəbər verir ki, Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell bildirib ki, Ukrayna üçün təhlükəsizlik təminatları Ukrayna ordusuna uzunmüddətli silah tədarükü ilə təmin edilməlidir.

Avropa rəsmisi bunu Aİ-nin Brüsseldə keçirilən sammiti çərçivəsində deyib.

Biz təhlükəsizlik öhdəlikləri haqqında danışarkən, məncə, bu, o deməkdir ki, Ukraynaya uzunmüddətli perspektivdə hərbi dəstək verilməlidir”, – Borrell  belə deyib.

Borrelin qeyd etdiyi kimi, təhlükəsizlik zəmanəti ondan ibarət olmalıdır ki, Aİ-nin Ukraynaya dəstəyi münaqişə bitdikdən sonra da davam etsin.

Borrell daha əvvəl bildirmişdi ki, Aİ Avropa Sülh Fondunu Ukraynanın müdafiə fonduna çevirə bilər.