Ən son xəbərlər:

30.06.2023/04:40/ Ukraynanın NATO –ya üzvlüklə bağlı məsələsinə alyansın sammitindən sonra baxılacaq

Ukraynanın NATO –ya üzvlüklə bağlı məsələsinə alyansın sammitindən sonra baxılacaq.

xeberaz.info xəbər verir ki, NATO Ukraynanın üzvlük məsələsinə alyansın iyul sammitindən sonra baxacaq. bunu təşkilatın baş katibi Yens Stoltenberq bildirib. NATO-nun baş katibi alyansın sammitindən sonra Ukraynanın üzvlük məsələsinə baxacağına söz verib

Bununla yanaşı, Stoltenberq qeyd edib ki, NATO Vilnüs sammitində Kiyevə güclü dəstək siqnalı göndərəcək.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Vilnüsdəki sammitinə deyil, NATO Şurasına dəvət almasından şikayətlənib.Onun sözlərinə görə, alyans üzvləri münaqişənin əlavə eskalasiyası riski ilə bağlı Ukraynanı Vilnüsdəki danışıqlar masasına dəvət etmək istəmirlər.