image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1757319629-7d84548a-e23a-30d2-9aed-3d5408628329_825

“Sabah meydana yaxşı nəticə üçün çıxacağıq” – Azərbaycan millisinin məşqçisi

image-legitimaz-810x90

Oyuna yaxşı hazırlaşmışıq. Əsas məqsədimiz komandanı düşdüyü psixoloji vəziyyətdən çıxarmaqdır.

“Xeberaz.info” xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis yığmanın keyfiyyətli oyunçulardan təşkil olunduğunu bildirib: “Bunu meydanda göstərmək istəyirik. Sabah yaxşı nəticə üçün meydana çıxacağıq”.

Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Ukrayna oyunu saat 20:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki