Millət vəkili, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova Bakı Dövlət Universitetində tələbələrlə görüş keçirib.
“Xeberaz.info“ bildirir ki, bu barədə deputat özünün Facebook hesabında məlumat paylaşıb.
Bildirib ki, Universitetdə keçirilən görüşdən böyük zövq alıb.Təxminən saat yarım davam edən tədbirdə o, tələbələrə ədəbi tənqid, ədəbiyyat tarixinin inkişaf mərhələləri, uşaq ədəbiyyatı, həmçinin dünya ədəbiyyatında mövcud elmi və nəzəri axtarışlar barədə məruzə edib, onların suallarını cavablandırıb.