ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ukraynaya səfər edə bilər.
Xeberaz.info xəbər verir ki, birinci ledi Ukraynanın Aleşik qəsəbə-şəhərində humanitar əməliyyata imkan verən atəşkəs haqqında razılaşma barədə danışarkən bunu istisna etməyib: “Papanın dəstəyini almaq çox xoşdur. Atəşkəs 27 oktyabrda başlayacaq. Ümid edirəm ki, hər şey plana uyğun gedəcək”.
Melaniya Tramp Ukraynaya səfər etməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala “Baxarıq” cavabını verib.


























