Ən son xəbərlər:

24.03.2023/09:08 / ABŞ Ukraynaya Rusiyaya yeni regionlar satmağı təklif edib

ABŞ Ukraynaya Rusiyaya yeni regionlar satmağı təklif edib.

xeberaz.info Lenta.ru-ya istinadən bildirir ki, Pentaqonun və ABŞ Senatının keçmiş müdafiə siyasəti müşaviri Mario Loyola bildirib ki, ABŞ Ukraynanı maliyyə təzminatı müqabilində Rusiyaya yeni regionların daxil olmasına razılıq verməlidir. O, bu barədə “The Atlantic”də dərc olunan məqaləsində yazıb.

Birləşmiş Ştatlar Ukraynanı böyük məbləğ, o cümlədən təzminat müqabilində ruslara ərazi satmağa təşviq etməlidir. Bir çox müharibələr bu şəkildə şərəflə həll olunub, – deyə o vurğulayıb.