Ən son xəbərlər:

23.04.2024/17: 47 / Ermənistan və Azərbaycan sərhədində İlk sərhəd dirəyi quraşdırıldı

Ermənistan və Azərbaycan sərhədində İlk sərhəd dirəyi quraşdırıldı

Ermənistan və Azərbaycan sərhədində ilk sərhəd dirəyi basdırılıb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

2024-cü il aprelin 23-də geodeziya ölçmələrinə əsasən, əlaqələndirmə işləri çərçivəsində Ermənistan və Azərbaycan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb, – Ermənistan Nazirlər Kabinetinin teleqram kanalında  belə deyilir.

Onun harada quraşdırıldığı dəqiq göstərilməyib.