Ən son xəbərlər:

22.04.2024/15: 49 / Ukraynadakı hərəkətlər Rusiya ilə münaqişənin kəskinləşməsinə gətirib çıxarır

Ukraynadakı hərəkətlər Rusiya ilə münaqişənin kəskinləşməsinə gətirib çıxarır

ABŞ, NATO və Avropa Birliyi Ukraynaya kimin daha çox silah verə biləcəyini görmək üçün mahiyyətcə bir-biri ilə rəqabət aparır və bu, Rusiya ilə münaqişənin kəskinləşməsinə gətirib çıxararaq, yeni dünya müharibəsi təhlükəsi yaradır. Bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto Aİ ölkələrinin Xarici İşlər Nazirliyi və Müdafiə nazirlikləri rəhbərlərinin birgə görüşü üçün Lüksemburqa gələrkən deyib.

Sijarto qeyd edib ki, ABŞ Konqresinin ötən həftəsonu Ukraynaya yeni yardım paketi ilə bağlı qəbul etdiyi qərardan sonra  Avropalı müharibəyönlü siyasətçilər itirilmiş vaxtın əvəzini çıxmaq istəyirlər.

Brüsseldə dünya müharibəsinə hazırlıq intensivləşir, – nazir belə xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ, NATO və Aİ hazırda  sülhün möhkəmləndirilməsinə və diplomatik həll yollarının tapılmasına diqqət yetirmək əvəzinə  Ukraynaya hərbi yardımı koordinasiya etmək hüququ uğrunda yarışırlar.  Yeni dünya müharibəsinə hazırlıq dayandırılmalıdır, – Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri belə bildirib.