Ən son xəbərlər:

19.04.2024/18: 08 / İsfahan yaxınlığındakı hərbi baza hava hücumuna məruz qaldı

İsfahan yaxınlığındakı hərbi baza hava hücumuna  məruz qaldı

İrana qarşı İsrailə aid edilən hücum cümə günü səhər İranın İsfahan şəhəri yaxınlığındakı hərbi bazaya vurulub. Bu barədə “The New York Times” (NYT) adı açıqlanmayan üç İran rəsmisinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, zərbə İran ərazisindən buraxıldığı ehtimal edilən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib və nəticədə onlar hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilməyib. Mənbələr qeyd edib ki, İran silahlı qüvvələri İsfahandan təxminən 800 km aralıda yerləşən Təbriz şəhəri ərazisində bir neçə kiçik pilotsuz uçan aparatı məhv etməyə müvəffəq olub.

İki İsrail rəsmisi qəzetə hücumun arxasında İsrail hərbçilərinin olduğunu təsdiqləyib.