Ən son xəbərlər:

22.04.2024/16: 11 / Lavrov nüvə qarşıdurması riskindən danışıb

Lavrov nüvə qarşıdurması riskindən danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir daha bəyan edib ki, əsas Qərb dövlətləri tərəfindən Ukraynaya dəstək  nüvə qarşıdurması riski yaradır. Onun sözlərini Reuters agentliyi sitat gətirir.

Lavrov Ukraynanın Qərb dövlətləri – ABŞ, Böyük Britaniya və Fransanın  nüvə üçlüyü  tərəfindən dəstəklənməsindən xüsusi narahatlığını ifadə edib və onları müxtəlif təxribat xarakterli addımların əsas təşəbbüskarı  adlandırıb.

Biz bunda ciddi strateji risklər görürük ki, bu da nüvə təhlükəsi səviyyəsinin artmasına gətirib çıxarır… Qərb nüvə gücləri arasında birbaşa hərbi toqquşma astanasında təhlükəli şəkildə tarazlaşır və bu, fəlakətli nəticələrlə təhdid edir, – Sergey Lavrov belə bildirib.