Ən son xəbərlər:

25.04.2024/16: 40 / Çin lideri may ayında Belqrada səfər edəcək

Çin lideri may ayında Belqrada səfər edəcək

Çin lideri Xi Jinping 1999-cu ildə NATO-nun Belqraddakı Çin səfirliyinə hücumunun 25-ci ildönümündə may ayında Serbiyaya səfər edəcək. Bu səfər barədə Bloomberg məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Çin lideri təxminən mayın 7-də Balkan ölkəsində dayanacaq.

Çin Xarici İşlər Nazirliyi Xi-nin Serbiyaya səfəri ilə bağlı məlumatı şərh etməyib.

Xi sonuncu dəfə 2016-cı ildə Serbiyaya səfər edib və keçmiş səfirliyin binasında həlak olanların xatirəsini yad edən ilk Çin lideri olub.

Xi-nin may ayında Avropaya səfəri onun koronavirus pandemiyasından sonra qitəyə ilk səfəri olacaq.