Ən son xəbərlər:

19.04.2024/18: 20 / Qərbin Ukraynanı daha böyük müharibədən xilas etmək üçün lazımi resurslarla təmin etmək imkanı var

19.04.2024/18: 20 / Qərbin  Ukraynanı daha böyük müharibədən xilas etmək  üçün lazımi resurslarla təmin etmək imkanı var

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, onun G7 ölkələrindən olan həmkarları Rusiya Federasiyası ilə müharibədə Ukraynaya kömək etmək üçün zəruri olan konkret addımlar müəyyən ediblər. Bu barədə “Reuters” xəbər verir.

Onun sözlərinə görə, Qərbin  mümkün qədər tez  Ukraynanı daha böyük müharibədən xilas etmək  üçün bütün lazımi resurslarla təmin etmək imkanı var.

Qərb tərəfdaşlarının Ukraynaya kömək etmək üçün atacağı konkret addımları müəyyən etdik, – Kuleba heç bir təfərrüat vermədən belə deyib.

Xarici işlər naziri Yeddilik qrupuna daxil olan ölkələrlə bağlı danışıqlarda iştirak etmək üçün İtaliyadadır. Əsas mövzulardan biri hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsidir.

Bildirilib ki, Kuleba İtaliyada italiyalı həmkarı Antonio Tajani ilə görüşündə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, Sülh Sammiti və Ukraynanın bərpası məsələlərini müzakirə edib.