Ən son xəbərlər:

25.04.2024/17: 04 / Gürcüstan prezidenti 22 yaşlı Lazare Qriqoriadisi əfv edib

Gürcüstan prezidenti 22 yaşlı Lazare Qriqoriadisi əfv edib

Gürcüstan prezidenti Salome Zurabişvili ötən il “xarici agentlər” qanununa qarşı keçirilən etiraz aksiyalarının iştirakçısı, polis əməkdaşlarına hücum etməkdə ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilən 22 yaşlı Lazare Qriqoriadisi əfv edib. Bu barədə “Exo of Caucasus and European Truth” məlumat yayıb.

Bundan əvvəl aprelin 12-də Tbilisi şəhər məhkəməsi 22 yaşlı Lazare Qriqoriadisi 9 il müddətinə azadlıqdan məhrum edib.

Həmin gün Zurabişvili bildirib ki, Qriqoriadisin belə ağır cəzaya layiq olduğuna inanmadığı üçün onu əfv etmək qərarına gəlib.

Tbilisi Şəhər Məhkəməsi 22 yaşlı Lazare Qriqoriadisi 2023-cü ilin martında etiraz aksiyaları zamanı polisə molotov kokteyli atdığına və patrul avtomobilini yandırdığına görə 9 il müddətinə azadlıqdan məhrum edib.