Ən son xəbərlər:

23.04.2024/17: 41 / Bayden Ursula fon der Leyen ilə Ukraynaya dəstək məsələsini müzakirə edib

Bayden Ursula fon der Leyen ilə  Ukraynaya dəstək məsələsini müzakirə edib

ABŞ prezidenti Co Bayden dünən Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı aparıb və əsas mövzularından biri Ukrayna olub. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Zəng zamanı Bayden və fon der Leyen Rusiyaya qarşı mübarizədə Ukraynaya sarsılmaz dəstəklərini müzakirə ediblər.

Aİ rəhbəri Baydeni Nümayəndələr Palatasının bu yaxınlarda qəbul etdiyi milli təhlükəsizlik düzəlişi ilə əlaqədar təbrik edib, bu düzəliş Senatdan keçdikdən və prezident Bayden qanunu imzaladıqdan sonra Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını həll etmək üçün kritik olacaq.

Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasında Kiyevə yardım haqqında qanun layihəsinin qəbulundan sonra Co Baydenlə telefon danışığı aparıb.

Baydenlə söhbətindən sonra Zelenski Ukraynaya ATACMS uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılığa gəldiyini açıqlayıb.