Ən son xəbərlər:

22.04.2024/15: 54 / Yaxın Şərqdə münaqişənin genişlənməsi riskləri olduqca realdır

Yaxın Şərqdə münaqişənin genişlənməsi riskləri olduqca realdır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Yaxın Şərqdə gərginliyin artması və böyüməsini təşvişlə izləyir, münaqişənin genişlənməsi riskləri olduqca realdır. Bunu TASS-a KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

KTMT Katibliyi Yaxın Şərqdə eskalasiyanı və ümumilikdə gərginliyin artmasını təşviş və narahatlıqla müşahidə edir. Analitiklərimizin fikrincə, münaqişənin genişlənməsi riskləri var, onlar kifayət qədər realdır.