Ən son xəbərlər:

25.04.2024/17: 19 / Aİ Gürcüstanla danışıqlara başlamamağı təklif edir

Aİ Gürcüstanla danışıqlara başlamamağı təklif edir

Avropa Parlamentinin qətnamə layihəsində ölkədə qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvədə olarsa, Aİ-ni Gürcüstanla üzvlüklə bağlı danışıqlara başlamamağa çağırır. Bu barədə “Exo of Caucasus” qətnamə layihəsi ilə tanış olduqdan sonra məlumat yayıb.

Əvvəlki versiyalarda vurğulanmasına və Avropa Parlamenti üzvlərinin çıxışlarına baxmayaraq, hazırkı mərhələdə razılaşdırılmış qətnamənin işçi variantında Bidzina İvanişviliyə, “Gürcü arzusu”nun deputatlarına və yüksək rütbəli polis əməkdaşlarına qarşı sanksiyalar nəzərdə tutulmur.

Hazırda qətnamə layihəsində deyilir ki, Avropa Parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentə yenidən daxil edilməsini pisləyir və bunun Avropa İttifaqının dəyərlərinə uyğun olmadığını, Gürcüstanın üzv olmaq ambisiyalarına zidd olduğunu qeyd edir. Avropa İttifaqı, ölkənin reputasiyasına xələl gətirir və Avro-Atlantik inteqrasiyasına təhlükə yaradır.

Avropa Parlamenti hesab edir ki, belə bir qanun qüvvədə olduğu halda, Aİ Gürcüstanla üzvlük danışıqlarına başlamamalıdır, – mətndə belə deyilir.