Ən son xəbərlər:

20.03.2023/09:01 / Mask: Trampın saxlanması onun növbəti prezident seçkilərində qələbəsini təmin edəcək

Mask: Trampın saxlanması onun növbəti prezident seçkilərində qələbəsini təmin edəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Amerikalı iş adamı İlon Mask hesab edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın saxlanılması onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən seçilməsinə töhfə verəcək.

Əgər bu baş verərsə, o zaman Tramp böyük qələbə ilə yenidən seçiləcək, – Mask şənbə günü Tvitter hesabında yazıb.

Bundan əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində martın 21-də köhnə və tamamilə ifşa olunmuş ittihamlar əsasında saxlanılacağını bildirib. ABŞ-ın eks-prezidentinin sözlərinə görə, o, bu barədə Manhetten dairəsi prokurorluğundan məlumat sızması nəticəsində xəbər tutub.