Ən son xəbərlər:

20.03.2023/07:13 / Serbiya və Kosovo razılığa gəldi

Serbiya və Kosovo razılığa gəldi.

xeberaz.info eadaily-ya istinadən bildirir ki,  Aİ diplomatiyasının rəhbəri Xosep Borrel Belqrad və Priştina Şimali Makedoniyada keçirilən danışıqlarda normallaşma təklifinin həyata keçirilməsi planı üzrə razılığa gəldiklərini bildirib/

“Bu gün 12 saatlıq danışıqlardan sonra bu barədə razılığa gəldik. . Mən elan edə bilərəm ki, Kosovo və Serbiya münasibətlərin normallaşdırılması yolu ilə bağlı sazişin həyata keçirilməsi haqqında razılığa gəliblər”.

Borrell Ohriddəki danışıqlardan sonra bu barədə bildirib.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandar Vuçiç və özünü Kosovonun baş naziri adlandıran Albin Kurti arasında Aİ diplomatı Yozef Borrel və Belqrad və Priştina arasında dialoq üzrə xüsusi nümayəndə Miroslav Layçakın iştirakı ilə Ohriddə 12 saata yaxın davam edən danışıqlar olub. Müzakirə mövzusu Kosovoda nizamlanma üzrə Avropa-Amerika təklifinin həyata keçirilməsi planıdır.