Ən son xəbərlər:

06.03.2023/19:18 / Türkmənistanda əvvəllər bağlanan gözəllik salonları fəaliyyətini bərpa edib

Türkmənistanda əvvəllər bağlanan gözəllik salonları fəaliyyətini bərpa edib.

xeberaz.info-nun məlumatına görə Türkmənistanda səlahiyyətlilər tərəfindən qadınlara gözəllik xidmətlərinin göstərilməsinin qeyri-rəsmi qadağası səbəbindən əvvəllər bağlanan gözəllik salonları yenidən fəaliyyətə başlayıb. Bu barədə bu gün, martın 6-da Asia Plus xəbər agentliyi məlumat yayıb.

Eyni zamanda, agentliyin məlumatına görə, gözəllik salonlarının xidmətlərindən hələ də dövlət müəssisələrinin işçiləri istifadə edə bilmirlər, çünki hakimiyyət orqanları onların xarici görünüşünün təbiiliyinə ciddi nəzarət edir. Türkmənistanın dövlət sektorunun əməkdaşlarına da kosmetikadan istifadə etmək və parlaq paltar geyinmək qadağan edilib.

Bundan əlavə, botoks inyeksiyalarının tətbiqi, silikon implantların quraşdırılması və epilyasiya xidmətləri qadağandır. Bu açıqlanmayan məhdudiyyətləri pozan vətəndaşlar həbs olunmaq təhlükəsi ilə üzləşirlər.

Alternativ Türkmən KİV-lərinin məlumatına görə, Türkmənbaşı şəhərinin ən azı 11 kosmetoloqu son 8 ayda botoks iynəsi vurduqları üçün həbs cəzasına məhkum edilib.

Türkmənistanda gözəllik salonlarının fəaliyyətinə səssiz qadağa 2022-ci ilin martında Serdar Berdiməhəmmədovun andiçmə mərasimindən sonra ortaya çıxıb.