Ən son xəbərlər:

02.03.2023/18:00/ ÇXR XİN: ABŞ-ın Tayvana silah tədarükü Çinin suverenliyini pozur

ÇXR XİN: ABŞ-ın Tayvana silah tədarükü Çinin suverenliyini pozur.

xeberaz.info-nun məlumatına görə Çin ABŞ-ı Tayvana silah tədarükünü dayandırmağa çağırır. Bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning, bu gün, martın 2-də TASS-a bildirib.

Daha əvvəl Dövlət Departamentinin Tayvana 600 milyon dollardan çox dəyərində növbəti silah tədarükünü təsdiqlədiyi məlum olub.

Tayvana bu cür silah tədarükü Çinin suverenliyini pozur, təhlükəsizlik maraqlarına zərər verir və Tayvan boğazında vəziyyətin gərginləşməsinə səbəb olur. Çin bununla bağlı kəskin narazılığını və qətiyyətli etirazını bildirir, həmçinin öz suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün effektiv tədbirlər görəcək,- diplomat belə deyib.

ABŞ Müdafiə Nazirliyinin təhlükəsizlik əməkdaşlığı agentliyi çərşənbə günü bildirib ki, Dövlət Departamenti Tayvana F-16 qırıcıları və digər sistemlər üçün raketlərin satışına icazə verib. Əməliyyatın məbləği 619 milyon dollar qiymətləndirilir. Məlumatda qeyd edildiyi kimi, Tayvan nümayəndələri əvvəllər ABŞ-dan 100 HARM radar əleyhinə raket, 200 AMRAAM raketi eləcə də digər sistem və ehtiyat hissələri almaq üçün icazə istəmişdilər.