Ən son xəbərlər:

27.02.2023/16:33 / Yaponiya Rusiyanın nüvə silahından istifadə ehtimalını G7 sammitinin gündəliyinə qoyur

Yaponiya Rusiyanın nüvə silahından istifadə ehtimalını G7 sammitinin gündəliyinə qoyur.

xeberaz.info-nun məlumatına görə Xirosimada keçiriləcək Yeddilər Qrupunun (G7) sammitinin iştirakçıları Rusiyanın nüvə silahından istifadə etməsi təhdidlərinə və ehtimallarına qarşı çıxış etməlidirlər. Bunu bu gün, fevralın 27-də ölkə parlamentində keçirilən debatlar zamanı Yaponiyanın baş naziri Fumio Kişida deyib.

Böyük yeddiliyin Xirosima sammitində biz status-kvonu birtərəfli qaydada güc yolu ilə dəyişdirmək cəhdlərinə və Rusiyanın nüvə silahından istifadə təhlükəsi və ehtimalına qarşı qəti şəkildə çıxış etməliyik. Ümid edirəm ki, biz beynəlxalq ictimaiyyətə G7-nin qanunun aliliyinə əsaslanan dünya nizamını müdafiə etməyə hazır olduğunu nümayiş etdirəcəyik. Kişidanın bu sözlərini TASS xəbər verir.

Tokio bu il G7-yə sədrlik edir və may ayında Xirosimada sammitə ev sahibliyi edəcək. Bu şəhər 6 avqust 1945-ci ildə Amerikanın atom bombasına məruz qalaraq, ABŞ-ın 9 avqust 1945-ci ildə atom bombası atdığı Naqasaki ilə birlikdə dünyada nüvə silahının döyüşdə istifadə edildiyi yeganə yerə çevrilib.