Ən son xəbərlər:

25.10.2022/22:14/Ermənistan və Türkiyə sərhədləri açmağa hazırlaşır?

Ermənistan və Türkiyə yaxın gələcəkdə sərhədlərin açılması və sərhəd ticarətinin başlanması istiqamətində ilk ciddi addımları həyata keçirə bilərlər-bu barədəVestnik Kavkaza nəşri məlumat verib.

Yayılan məlumatına görə, Vyanada münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin əldə etdiyi razılaşmalardan sonra Türkiyədə ekspert danışıqlarının sürətlə aparılması planlaşdırılır, sərhəddin açılması və sərhəd ticarətinin başlanması məsələsinə baxılacaq.

«Akyaka» (Türkiyə) keçid məntəqəsi sərhəddin açılması barədə qərar qəbul edildikdən sonra bir ay ərzində işləyəcək.