Ən son xəbərlər:

24.10.2022/16:21/ Qaribaşvili Azərbaycanı Gürcüstanın əsas strateji tərəfdaşı adlandırıb

Gürcüstanın baş naziri Irakli Qaribaşvili Azərbaycan prezidenti Ilham Əliyevlə ticarət, nəqliyyat və enerji sahələrində birgə layihələri müzakirə edib.

“Gürcüstan Azərbaycan üçün ən mühüm ölkələrdən və dostlardan biridir. Və Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır “, –  Sputnik Gürcüstan onun sözlərini sitat gətirir.

Dövlət başçıları həmçinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, «Cənub qaz dəhlizi» layihələri də daxil olmaqla artıq həyata keçirilmiş strateji layihələr barədə fikir mübadiləsi aparıblar. Gürcüstanın baş nazirinin sözlərinə görə, onları artıq tarixi adlandırmaq olar.

Bundan əlavə, Əliyev və Qaribaşvili dəmiryol Orta dəhlizinin vacibliyini müzakirə etdilər.