Ən son xəbərlər:

23.10.2022/22:56/ Si Tszinpin dünyaya Çin qapılarını daha geniş açacağına söz verdi

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Tszinpin ölkəsinin dünyaya açılmağa davam edəcəyinə söz verib. Bu barədə «Sinxua» agentliyi məlumat yayıb.

“Çin sülh olmadan inkişaf edə bilməz və dünyanın da Çinə ehtiyacı var.  Hazırda Çin iqtisadiyyatı davamlıdır, böyük potensiala və geniş manevrə məkanına malikdir.  Çinin açıq qapıları dünyaya  daha da geniş açılacaq. Biz islahatları və hərtərəfli açıqlığı durmadan dərinləşdirəcəyik, yüksək keyfiyyətli inkişafı durmadan təbliğ edəcəyik və öz inkişafımızın köməyi ilə sülh üçün daha çox imkan yaradacağıq “, – deyə ÇKP Mərkəzi Komitəsinin plenumunda bildirib.

Siyasi Büronun yeni tərkibinə Şanxay şəhər komitəsinin rəhbəri Li Tsyan, Çjao Letsi, partiyanın baş ideoloqu Van Hunin, Pekin şəhər komitəsinin rəhbəri Tsay Tsi, ÇKP MK Kanselyariyanın rəhbəri Din Syuesyan və partiya provisiya komitəsinin rəhbəri Quandun Li Si daxil olmuşlar.

Bundan əvvəl Si Tszinpin Çin Kommunist Partiyasının baş orqanının yeni tərkibini təqdim etmişdir