Ən son xəbərlər:

21.10.2022/21:09/ AB Çindən asılılıqdan qorxur və onunla münasibətlərdə siyasəti dəyişir

Avropa siyasətçiləri AI ölkələrini Çinlə münasibətlərdə risklərə daha diqqətlə yanaşmağa çağırırlar. Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, birlik üçün əsas prioritetlərdən biri ÇXR-dən texnoloji sahədə və resurs tədarükündə asılılığı azaltmaqdır. Avropa Birliyi Moskvadan enerji asılılığını azaltmağa müvəffəq oldu və Pekin ilə oxşar vəziyyətin təkrarlanması yolverilməz olduğunu vurğulatıb.

Bundan əvvəl Finlandiyanın baş naziri Sanna Marin də oxşar açıqlama verib. «Kommersant» xəbər verir ki, onun sözlərinə görə, avtoritar ölkələrlə sıx əlaqələr orada qəbul olunan siyasi qərarların gözlənilməzliyi səbəbindən təhlükəlidir.

Ötən gün Avropa diplomatiyasının rəhbəri Jozep Borrel bildirib ki, Çin getdikcə AI üçün sistemli rəqib və «sərt rəqabətçi» olur və yalnız ikinci növbədə tərəfdaşa çevrilir. Financial Times-ın məlumatına görə, Aİ birlik iştirakçılarına Çinlə münasibətləri sərtləşdirməyi və digər ölkələrdə tədarükçülər axtarmağı tövsiyə edir.

AI dövlətləri Pekinlə münasibətlərdə vahid yanaşma hazırlamalıdırlar, Estoniyanın baş naziri Kaya Kallas Rusiyanı misal çəkərək belə hesab edir. «Onların maraqları, bizim bölünməyimizi istəmələri və bu əsasda, birləşmələridr» – o belə deyib. Çinlə hər hansı bir ikitərəfli sövdələşmə AB-ni zəiflədir,- Kallas əminliklə bildirib. Bloomberg xatırladır ki, Latviyanın baş naziri Krişyanis Karins onunla razılaşıb.

Avropa Çinlə münasibətləri saxlamalıdır, lakin ehtiyatlı olmalıdır, Belçikanın Baş naziri Aleksandr de Kroo həmkarlarının fikirlərini təkrar edib. Keçmişdə Avropa ölkələri bu məsələdə özlərindən çox razı idilər, o, AI liderlərinin ÇXR ilə qarşılıqlı əlaqələrin perspektivlərini müzakirə edəcəyi Brüsseldə keçiriləcək sammitdən əvvəl jurnalistlərlə söhbətində məsələyə aydınlıq gətirib.