Ən son xəbərlər:

03.01.2023/06:11/ İranda qadınlarla Yeni il gecəsi keçirən futbolçular saxlanılıb

İranda spirtli içki və qadınlarla birlikdə yeni il şənliyi keçirən futbolçular həbs edilib.

İranda qadınlarla yeni il şənliyi keçirən futbolçular saxlanılıb. Bu barədə RMC Sport məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçular, eləcə də Tehran klublarından birinin keçmiş futbolçuları Dəmavənd şəhərində keçirilən qarışıq məclisdə həbs ediliblər. Bəzi idmançıların spirtli içki qəbul etdikdən sonra qeyri-adekvat vəziyyətdə olduğu qeyd edilir.

İran qanunlarına görə, spirtli içkilərin istehlakı və satışı qadağandır. Bundan əlavə, qadınlara açıq-saçıq və ya dar geyimlər geyinmək qadağandır: qollar və ayaqlar tamamilə örtülməli, başına çadra taxılmalıdır. Kişilər dirsəkdən yuxarı uzun şalvar və köynək geyinməlidirlər.

Ötən il sentyabrın ortalarından İranda etiraz aksiyaları və iğtişaşlar keçirilib. Onlara hicabını səhv geyindiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən Məhsa Əmininin ölümü səbəb olub. Etirazçılara İranın bir çox ictimai xadimləri dəstək verib.