Ən son xəbərlər:

28.12.2022/09:08 /Etirazlara dəstək verən əfsanəvi futbolçunun ailəsi İrandan buraxılmayıb

İranın əfsanəvi futbolçusu Əli Daeinin ailəsi ölkədən kənara buraxılmayıb. Bu barədə yerli media yazır.

Keçmiş beynəlxalq yarımmüdafiəçi həyat yoldaşı və qızının Dubayda tətilə getməyə hazırlaşdığını, lakin onların ölkəni tərk etmələrinin qarşısını almaq üçün təyyarənin başqa səmtə yönləndirildiyini söyləyib.

Təyyarə Fars körfəzindəki adaya enib və Daeinin ailəsi heç bir izahat verilmədən uçuşdan çıxarılıb.

Ali Daei milli komanda tarixində ikinci ən çox qol vuran futbolçudur. Portuqaliyalı Kriştiano Ronaldo 2021-ci ildə indiyədək vurduğu 118 qolla onu qabaqlayıb. Bu ilin əvvəlində Əli Daei İranda Mahsa Aminin ölümündən sonra ölkəni bürümüş kütləvi etirazları dəstəkləyib.