Ən son xəbərlər:

19.12.2022/04:49/ Fransada futbol azarkeşləri ilə polis arasında toqquşma olub

Fransa mətbuatı Fransanın şəhərlərində polislə futbol azarkeşləri arasında toqquşma ilə nəticələnən gərginliyin artmasından xəbər verir. Qətərdə keçirilən dünya çempionatının finalında millinin məğlub olmasından məyus olan fransızlar Paris, Nitsa, Bordo və Nant küçələrinə axışıblar.

Le Figaro müxbirinin verdiyi məlumata görə, Nitsada azarkeşlər polisə şüşə butulkalar atıblar. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.

Polisin izdihamı dağıtmaq üçün dəfələrlə gəldiyi Parisdəki Yelisey meydanında da bir neçə toqquşma olduğu bildirilir. Fransanın digər şəhərlərindən çəkilmiş fotolarda polis furqonlarının yolları bağladığı görünür.

Dekabrın 15-də Fransa yığmasının turnirin yarımfinalında Mərakeş üzərində qələbəsindən sonra oxşar hadisələr Fransa küçələrində baş verib. Çempionatın finalında Argentina və Fransa yığmaları arasında keçirilən görüş Fransa yığmasının penaltilər seriyasında məğlubiyyəti (4:2), əsas vaxt 2:2, əlavə vaxt 3:3 hesabı ilə başa çatıb.