Ən son xəbərlər:

12.12.2022/06:29/ Iki Azərbaycan gimnastı Almaniyada «Qış kuboku» nun mükafatçısı oldu

Iki Azərbaycan gimnastı Almaniyada «Qış kuboku» nun mükafatçısı oldu

Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri Almaniyanın Leverkuzen şəhərində keçirilən 4-cü «Qış kuboku» nun mükafatçısı olub.

Azərbaycanlı gimnast Leyli Ağazadə lentlə hərəkətlərdə «qızıl» qazanıb, Alina Məmmədova isə topla hərəkət proqramında ikinci yerə sahib olub.