Ən son xəbərlər:

06.12.2022/18:16/ Real Madridin keçmiş oyunçusu Azərbaycan çempionatına keçə bilər

İtaliyanın “Venesiya” futbol komandasının və Rusiya millisinin sabiq futbolçusu Denis Çerışev Azərbaycanın “Sabah” klubunun futbolçusu ola bilər.

Rusiya mətbuatının yazdığına görə, “Krasnodar”ın sabiq çalışdırıcısı Murad Musayevin rəhbərlik etdiyi klub 31 yaşlı yarımmüdafiəçini almaq istəyir.

Eyni zamanda, Çerışevin İtaliyada maaşının kifayət qədər yüksək olduğu, buna görə də Azərbaycan klubunun ona kifayət qədər yüksək maaş verə bilməyəcəyi vurğulanır.

Qeyd olunur ki, Çerışev İtaliyada kifayət qədər yüksək maaş alır, buna görə də bu, “Sabah”ın gücündən kənardır.

Onu da əlavə edək ki, Denis “Real Madrid”in məzunudur. O, həmçinin “Sevilya”, “Vilyarreal” və “Valensiya”da da çıxış edib. Futbolçu 2022-ci ildə İtaliyaya köçüb.