Ən son xəbərlər:

04.12.2022/04:04/ Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri Avropa Gimnastika Texniki Komitələrinə üzv seçiliblər

Albufeyrada (Portuqaliya) keçirilən Avropa Gimnastikasının 29-cu Konqresində qurumun prezidentinin seçilməsi ilə yanaşı, vitse-prezidentlərin və Texniki Komitələrin üzvlərinin də seçkiləri baş tutub.

Azərbaycan Gimnastika Federasiyası (AGF) Bədii Gimnastika üzrə Texniki Komitənin üzvlüyünə Yevgeniya Vilyayevanın, Gimnastika Hamı üçün Texniki Komitəyə Ruslan Eyvazovun və TeamGym Texniki Komitəsinə İnarə İsrafilbəyovanın namizədliyini irəli sürüb. Onların hər üçü sonda seçilib.

Yevgeniya Vilyayeva 19 səsdən 14 səs toplayıb və yalnız İtaliya təmsilçisinə uduzaraq 17 namizəd arasında ikinci yeri tutub. İnarə İsrafilbəyova 14, Ruslan Eyvazov isə 13 səslə Texniki Komitəyə üzv seçiliblər.

Xatırladaq ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib.