Ən son xəbərlər:

03.12.2022/05:05/ Mahaçqalada Əziz Əliyevin xatirəsinə şahmat turniri keçiriləcək

Dekabrın 8-9-da Mahaçqalada görkəmli sovet dövlət və siyasi xadimi Əziz Əliyevin xatirəsinə həsr olunmuş uşaq komandaları arasında beynəlxalq şahmat turniri keçiriləcək.

Yarışda Azərbaycan, Kalmıkiya, Stavropol diyarı, Şimali Osetiya, Çeçenistan və Həştərxan vilayətinin komandaları, həmçinin Dağıstandan dörd komanda iştirak edəcək.

Turnirin proqramına FİDE-nin altıncı prezidenti Kirsan İlyumjinovun adını daşıyan şahmat klubunun açılışı da daxildir.

Turnirdə FİDE-nin altıncı prezidenti Kirsan İlyumjinov, FİDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov iştirak edəcəklər.

Təşkilatçılar yarışı müntəzəm keçirmək və iştirakçıların coğrafiyasını genişləndirmək niyyətindədirlər: 2023-cü ildə Qazaxıstan, Türkmənistan və İran komandaları da yarışlarda iştirak edə bilərlər.

Əziz Əliyev – Azərbaycan siyasətçisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayınatası, Sovet Azərbaycanında və Dağıstanda yüksək vəzifələrdə çalışıb. O, çeçenlərin, inquşların və digər Qafqaz xalqlarının başına gətirilən Dağıstan xalqlarının deportasiyasının qarşısının alınmasında həlledici rol oynamışdır.