Ən son xəbərlər:

02.12.2022/14:02/ Ankaralılar Atatürkün xatirəsinə yarışa qatılacaqlar

Bu il dekabrın sonunda Ankara 87-ci Atatürk Grand Run-a ev sahibliyi edəcək. Bu barədə Türkiyə Atletika Federasiyasından məlumat verilib.

Türkiyənin ən qədim atletika yarışlarından biri Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Ankaraya gəlişinin 103-cü ildönümünə həsr olunacaq.

Yarış ayın 25-də baş tutacaq. “Anadolu” agentliyi xəbər verir ki, o, Dikmen rayonundan başlayacaq və paytaxtın Ulus rayonundakı dəmir yolu vağzalının binasında yekunlaşacaq.