Ən son xəbərlər:

18.03.2024/19:41// Əfqanıstandakı Pakistan Taliban yaraqlılarının sığınacaqlarına hava zərbələri endirilib

Əfqanıstandakı Pakistan Taliban yaraqlılarının sığınacaqlarına hava zərbələri endirilib

Səhər saatlarında Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda yerləşən radikal Təhrik-i-Taliban Pakistan silahlılarının sığınacaqlarına və düşərgələrinə hava zərbələri endirib. Bu barədə “The Khorasan Diary” informasiya portalı məlumat yayıb.

Portalın məlumatinda bildirilir ki, hava zərbələrinin hədəfi Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən Ləman və Paşa Mella yaşayış məntəqələri olub. Hərbi Hava Qüvvələrinin əməliyyatı martın 16-da TTP yaraqlılarının Pakistan Silahlı Qüvvələrinin Mir Əlidəki bazasına hücumu nəticəsində 7 əsgərin ölümünə cavab olaraq həyata keçirilib.

Bununla bağlı Pakistan rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Hazırda Əfqanıstanın Pakistanda terror aktlarının təşkilinə görə İslamabad və Kabil arasında münasibətlər faktiki olaraq donmuşdur.