Ən son xəbərlər:

18.03.2024/19:31// Aİ 2030-cu ilə qədər hərbi sifarişlərini ikiqat artırmalıdır

Aİ 2030-cu ilə qədər hərbi sifarişlərini ikiqat artırmalıdır

Aİ dövlətləri 2030-cu ilə qədər Avropa müdafiə sənayesindən silah və sursat sifarişlərini iki dəfə artırmalıdır ki, “sülh arzulayaraq müharibəyə hazır olsunlar”. Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsselin Euractiv portalı üçün yazdığı məqalədə bildirib.

Biz 2030-cu ilə qədər Avropa sənayesindən hərbi sifarişlərin həcmini iki dəfə artırmağı qarşımıza məqsəd qoymalıyıq. Bu, şirkətlərimizə daha çox proqnozlaşdırma imkanı verəcək. Çoxillik müqavilələr də onları silah istehsalını genişləndirməyə sövq edir, – Şarl Mişel belə yazır.